Əsas məzmuna keç

Sabah yağıntıların kəsiləcəyi gözlənilir

Sabah yağıntıların kəsiləcəyi gözlənilir

Yanvarın 15-də ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya...

Yanvarın 15-də ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru məlumat verib.

“Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı müşahidə olunur. Bəzi yerlərdə yağıb. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 14-də, 15-də və 16-da gecə və səhər saatlarında bəzi magistral yolların buz bağlama ehtimalı var, xüsusən də dağlıq və dağətəyi rayonlarda. Yağıntıların ayın 15-i səhər saatlarına doğru tədricən kəsiləcəyi, yanvarın 15-də gündüz Bakıda və yarımadasında, habelə bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir”, – o vurğulayıb.

Hava proqnozu

21° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 23° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Tutqun 26° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…