Sabah Şuşada “IV Sənaye İnqilabı dövründə Yeni Media” adlı Qlobal Media Forumu başlayır

Sabah Şuşada “IV Sənaye İnqilabı dövründə Yeni Media” adlı Qlobal Media Forumu başlayır
21.07.2023 10:23
Aa
dəq

Sabah, iyulun 22-də Şuşa şəhərində “IV Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, toplantıda ümumilikdə 50 ölkəni təmsil edən 120 media subyekti, rəsmi şəxslər, 250-dən çox qonaq iştirak edəcək.

Açılış mərasimindən sonra forum sessiyalarla davam edəcək.

Sessiyalarda isə medianın gələcəyi - rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları və digər mövzular xarici və yerli mütəxəssislərin iştirakı ilə müzakirəyə çıxarılacaq.

Qlobal forum çərçivəsində, eyni zamanda, bəzi “side event”lərin (paralel tədbirlərin) - sərgi və təlimlərin də keçirilməsi nəzərdə tutulur.

Forum iyulun 23-ü axşama qədər davam edəcək.

Həftənin ən çox oxunanları

Azərbaycanda peyklə yayımlanan radiokanalların sayı artıb

Azərbaycanda peyklə yayımlanan radiokanalların sayı artıb
DAVAMIN OXU davamın oxu

Aİ ölkələrində Rusiya KİV-lərinin fəaliyyəti qadağan edilib

Aİ ölkələrində Rusiya KİV-lərinin fəaliyyəti qadağan edilib
DAVAMIN OXU davamın oxu

APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib

APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib
DAVAMIN OXU davamın oxu

MEDİA çap mediası subyektləri üçün müsabiqə elan edib

MEDİA çap mediası subyektləri üçün müsabiqə elan edib
DAVAMIN OXU davamın oxu

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
DAVAMIN OXU davamın oxu