Sabah qısa iş günüdür — RƏSMİ

Sabah qısa iş günüdür — RƏSMİ
18.03.2024 17:43
Aa
dəq

Sabah ölkədə qısa iş günü rejimi tətbiq olunacaq. 

Dövlət Əmək Müfəttişliyi Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, əmək məcəlləsində qeyd olunan müvafiq maddə sabaha da şamil olunacaq. 

Qeyd edilib ki, Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə əsasən Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
 
Azərbaycanda  20, 21, 22, 23, 24 mart – Novruz bayramı günləridir. Beşgünlük iş həftəsində isə 25 və 26 mart tarixləri də qeyri-iş günləri hesab edilir.
Bununla əlaqədar beşgünlük, həmçinin altıgünlük iş həftəsində 19 mart tarixi bayramqabağı iş günü olduğundan iş yerlərində (Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla) həmin iş gününün müddəti bir saat qısaldılır.

Həftənin ən çox oxunanları

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib
DAVAMIN OXU davamın oxu

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır
DAVAMIN OXU davamın oxu

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib
DAVAMIN OXU davamın oxu

“Trendyol" Azərbaycana daşıma qiymətlərini qaldırıb?

“Trendyol
DAVAMIN OXU davamın oxu

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
DAVAMIN OXU davamın oxu