Operativ Məlumat Mərkəzi

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

1 dəq
Paylaş:
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb. Belə ki, Bakı və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Xaçmaz,...

Sabah Bakı və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb.

Belə ki, Bakı və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Xaçmaz, Xınalıq, Qusar, Neftçala, Şamaxı, Qobustanda cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

Eyni zamanda Şabran, Siyəzən, Xızı, Altıağacda cənub-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək ki, bu da narıncı xəbərdarlığa uyğun gəlir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər