Əsas məzmuna keç

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ - 29.12.2025

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ - 29.12.2025

bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Salyan, Neftçala, Hacıqabul, Qobustan, Şəki, Oğuz, Qəbələ, Göyçay, Xızı, İsmayıllı, Kəlbəcər,...

Bakıda və yarımadasında, eyni zamanda əksər bölgələrdə dekabrın 30-31-də gözlənilən küləkli ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Salyan, Neftçala, Hacıqabul, Qobustan, Şəki, Oğuz, Qəbələ, Göyçay, Xızı, İsmayıllı, Kəlbəcər, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin 20.8-28.4 m/san-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Balakən, Zaqatala, Qax, Yevlax, Bərdə, Tərtər, Sabirabad, Şirvan, Füzuli, Zəngilan, Laçın, Biləsuvar, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir, Ağdaş, Cəbrayıl, Ucar, Zərdab, Ağcabədi, Xocavənd, Ağsu, Şamaxı, Gəncə, Gədəbəy, Göygöldə isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Hava proqnozu

23° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…