Əsas məzmuna keç

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Sinoptiklərin məlumatına görə, Bakı və Abşeron yarımadasında hava şəraiti kəskin dəyişir. Yay fəslini xatırladan temperatur artımı ilə bağlı detallar:

ru en

Bakıda və yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-20° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 26-31° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…