Sabah 23 dərəcə isti olacaq

Sabah 23 dərəcə isti olacaq
06.05.2023 12:28
Aa
dəq

Mayın 7-nə gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.

 

Həftənin ən çox oxunanları

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
DAVAMIN OXU davamın oxu

Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb
DAVAMIN OXU davamın oxu

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bazar gününə olan hava proqnozu açıqlanıb
DAVAMIN OXU davamın oxu

Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu