Rusiya Ukraynanın Zaporojye, Xerson, Dnepropetrovsk və Xarkov vilayətlərinə hücum edib, nəticədə 7 nəfər ölüb, 56 nəfər yaralanıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Ukrayna mediasına istinadən xəbər verir.
Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun sözlərinə görə, ötən sutka ərzində Rusiya qoşunları regionun 56 yaşayış məntəqəsinə 975 zərbə endirib. Zərbələr nəticəsində 3 nəfər ölüb, 18 nəfər yaralanıb.