Əsas məzmuna keç

Ruslara "iPhone"dan istifadə qadağan edilib

Ruslara "iPhone"dan istifadə qadağan edilib

Rusiyada "Rostec" şirkəti bütün işçilərinə, o cümlədən dövlət korporasiyasının bir hissəsi olan təşkilatlara "iPhone" və ya hər hansı digər "Apple"...

Rusiyada "Rostec" şirkəti bütün işçilərinə, o cümlədən dövlət korporasiyasının bir hissəsi olan təşkilatlara "" və ya hər hansı digər "" istehsalı olan avadanlıqdan istifadə etməyi qadağan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilir ki, “iPhone”dan istifadəyə qadağa “Rostec”in tərkibinə daxil olan və optik-elektron sistemlərin hazırlanması və istehsalına cavabdeh olan “Şvabe” şirkətinin əməkdaşlarına da şamil edilib. Rəsmi versiyaya görə, söhbət "iPhone"un “işgüzar məqsədlər üçün” istifadəsinə qoyulan qadağadan gedir.

"İşdə istehsalı olan avadanlıqların istifadəsinə tam qadağa tətbiq edilir", - məlumatda qeyd olunub.

Qadağa FTX-nın “Apple”ın Amerika kəşfiyyatı ilə əməkdaşlığı və virusa yoluxmuş “iPhone” telefonları vasitəsilə rus diplomatlarına casusluq etməsi ilə bağlı yaydığı məlumatla bağlıdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…