Əsas məzmuna keç

Rusiyanın Orenburq vilayətində daşqın səbəbindən bir həftə müddətinə bəzi yollar bağlanıb

Rusiyanın Orenburq vilayətində daşqın səbəbindən bir həftə müddətinə bəzi yollar bağlanıb

altı küçə və beş xiyaban bağlanıb, su basmış yaşayış kompleksinə aparan küçələrə süni bənd salınıb. Orenburqun yerli idarəetmə orqanları qeyd edir ki,...

Rusiyanın vilayətində daşqının mümkün nəticələrinin qarşısını almaq üçün hazırlıq işləri görülür.

"Operativ Məlumat Mərkəzi-OMM" “Kommersant”a istinadən xəbər verir ki, altı küçə və beş xiyaban bağlanıb, su basmış yaşayış kompleksinə aparan küçələrə süni bənd salınıb.

Orenburqun yerli idarəetmə orqanları qeyd edir ki, daşqın sularının axını sabitdir, ekspertlər suyun səviyyəsində artım qeydə almayıblar.

"Aprelin 6-sı saat 22:00-dan aprelin 15-i saat 23:00-dək bəzi yollar qismən bağlanıb. Xilasedicilərin, polisin və şəhər rəhbərliyinin növbətçi olduğu Uralskaya küçəsində mütəxəssislər suyun səviyyəsində kritik artım qeydə almırlar. Vəziyyət nəzarət altındadır”, - yerli orqanları vurğulayıb.

Regional hakimiyyət orqanlarının qiymətləndirməsinə görə, Orenburq vilayəti müşahidə tarixində ən böyük daşqınla üz-üzədir.

Daşqınlar 153 yaşayış məntəqəsi ilə quru kəsib. Orenburqun mikrorayonları da daxil olmaqla, daşqın təhlükəsi ilə üzləşən yaşayış məntəqələrinin boşaldılması işləri aparılır.

Bir neçə kənd və mikrorayon sel zonasındadır. Orenburqun meri Sergey Salmin yerli sakinlərdən dərhal ərazini tərk etmələrini tələb edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…