Operativ Məlumat Mərkəzi

Rusiyanın Marseldəki konsulluğu yaxınlığında partlayış olub

1 dəq
Paylaş:
Rusiyanın Marseldəki konsulluğu yaxınlığında partlayış olub

Fransanın Marsel şəhərində Rusiya konsulluğu yaxınlığında partlayış baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "BFM TV" məlumat yayıb.

Bildirilir ki, Rusiya konsulluğu səkkizinci regionda yerləşir. Hadisə yerinə 30-a yaxın yanğınsöndürən və polis qrupları göndərilib.

“Marsel yanğınsöndürənləri partlayışın Rusiya konsulluğuna yaxın 8-ci məhəllədə baş verdiyini təsdiqləyiblər”, - deyə məlumatda bildirilir.

Rusiyanın İsveçdəki səfirliyi əvvəllər Xarici Kəşfiyyat Xidmətinin (SVR) Kiyevin sülh danışıqlarının qarşısını almaq məqsədi daşıyan mümkün terror aktları barədə məlumatından sonra təhlükəsizlik tədbirlərini artırmışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər