Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 480 hərbçisini itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 258 820 nəfərə çatıb.
Həmçinin son sutka ərzində Rusiyaya məxsus 11 tank, 12 zirehli döyüş maşını, 23 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.