Əsas məzmuna keç

Rusiyadan Ermənistana Azərbaycan üzərindən yük daşınıb

Rusiyadan Ermənistana Azərbaycan üzərindən yük daşınıb

Şimal qonşumuzdan İrəvana daşınan strateji xammal və kənd təsərrüfatı məhsulları ölkəmizdən keçib. Logistik marşrutun detalları və daşıma şərtləri ilə tanış olun.

en ru

Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, söhbət 2 vaqon alüminium (ilk dəfə) və 9 vaqon taxıldan gedir.

Məhsullar " Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.

Xatırladaq ki, ötən gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 8 vaqondan ibarət, çəkisi 543 ton olan gübrə və 10 vaqondan ibarət, çəkisi 695 ton olan taxıl göndərilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…