Türkiyənin Moskvadakı səfirliyində TASS informasiya agentliyinin direktor müavini, jurnalist Mixayıl Qusmanın Rəcəb Tayyib Ərdoğanla bağlı hazırladığı film təqdim olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, filmin nümayişində Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko, Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar, TASS-ın baş direktoru Sergey Mixaylov, xarici ölkələrin diplomatik nümayəndələri və jurnalistlər iştirak ediblər.
“Bu gün Ərdoğan lider kimi rolu təkcə Türkiyədə deyil, dünyada da son dərəcə əhəmiyyətli şəxsdir. O, böyük siyasətçi, böyük şəxsiyyət və böyük xarizmadır",- deyə Qusman qeyd edib.
Film “Rossiya-24” dövlət telekanalında da yayımlanıb.