Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiya XİN rəhbərinin müavini İran səfiri ilə “3+3” formatını müzakirə edib

1 dəq
Paylaş:
Rusiya XİN rəhbərinin müavini İran səfiri ilə “3+3” formatını müzakirə edib

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin İranın Rusiyadakı səfiri Kazem Cəlali ilə bir sıra məsələləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xidməti məlumat yayıb.

“Bir sıra aktual və regional məsələlər müzakirə edilib. Cənubi Qafqazdakı vəziyyətin nəzərdən keçirilməsi kontekstində “3+3” platformasının işinin bərpasının vacibliyi qeyd edilib”, - məlumatda bildirilib.

Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Bakı ilə “3+3” formatı çərçivəsində danışıqlara hazırdır.

Qeyd edək ki, "3+3" formatına Gürcüstan, , , Rusiya, İran və daxildir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax