Əsas məzmuna keç

Rusiya XİN Paşinyandan İrəvana “kömək kimi görünən” ölkələrin adlarını verməsini istəyib

Rusiya XİN Paşinyandan İrəvana “kömək kimi görünən” ölkələrin adlarını verməsini istəyib

bu barədə "RİA Novosti" məlumat yayıb. “Onları səsləndirmək olduqca məntiqli olardı. Madam ki, söhbət belə ciddi bəyanatlardan gedir. Amma gəlin bu işi...

Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyana Qarabağda müharibə zamanı ölkəyə “imitasiya ” etdiyi iddia edilən ölkələrin adlarını verməyi təklif edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

“Onları səsləndirmək olduqca məntiqli olardı. Madam ki, söhbət belə ciddi bəyanatlardan gedir. Amma gəlin bu işi rəsmi İrəvanın öhdəsinə buraxaq”, -deyə diplomat bildirib.

Zaxarovanın sözlərinə görə, Moskva Ermənistanın “unudulmuş və tərk edilmiş hiss etməməsi” üçün əlindən gələni edib.

O xatırladıb ki, Rusiya münaqişəsinin ilk günlərindən atəşkəs üçün ən fəal siyasi və diplomatik səyləri göstərib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…