Operativ Məlumat Mərkəzi

Rusiya XİN İsraildə baş verənlərə münasibət bildirib

1 dəq
Paylaş:
Rusiya XİN İsraildə baş verənlərə münasibət bildirib

Rusiya İsrail, Fələstin və ərəb ölkələri ilə əlaqə saxlayır və münaqişə tərəflərini atəşi dayandırmağa çağırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov deyib.

"Bu, 75 il davam edən münaqişənin yenidən təkrarlanmasıdır. Moskva ərəb ölkələri də daxil olmaqla bütün tərəflərlə təmasdadır. Biz dərhal atəşkəsə və sülhə çağırırıq", - deyə rusiyalı diplomat Fələstin-İsrail münaqişəsinin gərginləşməsini şərh edərkən deyib.

Boqdanov qeyd edib ki, Yaxın Şərqdə sülh prosesinə mövcud beynəlxalq səviyyədə tanınmış razılaşmalar əsasında başlanılmalıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər