Operativ Məlumat Mərkəzi

Rusiya XİN: Aİ-dən Cənubi Qafqazda sabitliyi pozmaqdan başqa nəsə gözləmək lazım deyil

1 dəq
Paylaş:
Rusiya XİN: Aİ-dən Cənubi Qafqazda sabitliyi pozmaqdan başqa nəsə gözləmək lazım deyil
bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib. Onun sözlərinə görə, bunun sübutu göz qabağındadır:...

Rusiya dəfələrlə Avropa İttifaqının (Aİ) Ermənistanda “yarımhərbi” mövcudluğunun qarşıdurma mahiyyətini şərh edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Onun sözlərinə görə, bunun sübutu göz qabağındadır:

“Bu missiyanın anti-Rusiya, anti-Azərbaycan və anti-İran məqsədləri getdikcə daha aydın görünür. Üstəlik, NATO ölkələri ona qoşulmağa başlayanda hər şey aydın olub”.

M.Zaxarova qeyd edib ki, Aİ-dən hərbi-siyasi baxımdan sabitliyinin pozulması və regionun geosiyasi rəqabət meydanına çevrilməsindən başqa heç nə gözləmək lazım deyil:

“Əminik ki, bu gün Cənubi Qafqazın qarşısında duran bütün aktual məsələlər regional dövlətlərin kollektiv səyləri əsasında, kənar müdaxilələr olmadan həll edilməlidir və bunu etmək mümkündür”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər