Operativ Məlumat Mərkəzi

Rusiya Qərbin Cənubi Qafqaza nüfuz etmək cəhdlərinə diqqət çəkir

1 dəq
Paylaş:
Rusiya Qərbin Cənubi Qafqaza nüfuz etmək cəhdlərinə diqqət çəkir
bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Teleqram kanalında yazıb. “Belə görüşlər regionun əksər ölkələrində...

Ermənistan rəhbərliyinin Avropa İttifaqı və ABŞ liderləri ilə aprelin 5-nə planlaşdırılan görüşü Rusiyada narahatlıq doğurur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Teleqram kanalında yazıb.

“Belə görüşlər regionun əksər ölkələrində narahatlıq doğurur, çünki onlar Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə deyil, Qərbin Cənubi Qafqaza son dərəcə dağıdıcı yanaşmalarını daha da tanıtmağa yönəlib”, - deyə diplomat bildirib.

“Ermənistan bütün dünyanın gözü qarşısında erməni xalqının köklü maraqlarına tamamilə zidd olan kollektiv Qərbin son dərəcə təhlükəli ideyalarını həyata keçirməyə imkan verəcək alətə çevrilir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər