Rusiya və Səudiyyə Ərəbistanı OPEC+ ölkələrinin qlobal neft bazarlarının sabitliyini artırmaq üçün uğurlu səylərinə yüksək qiymət verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinlə Vəliəhd Şahzadə arasında keçirilən görüşdən sonra verilən Birgə Bəyanatda deyilib.
Hər iki tərəf bu əməkdaşlığın davam etdirilməsinin vacibliyini və bütün iştirakçı ölkələrin, istehsalçıların və istehlakçıların maraqlarına xidmət edən və qlobal iqtisadiyyatın artımını dəstəkləyəcək şəkildə OPEC+ sazişinə riayət edilməsinin vacibliyini vurğulayıblar.
Tərəflər həmçinin iki ölkə arasında ümumi iqtisadi maraqların miqyasını, onlar arasında ticarətin inkişafı və şaxələndirilməsi üçün birgə işi davam etdirmək niyyətlərini təsdiq ediblər.
Həmçinin perspektivli ticarəti müzakirə etmək üçün iki ölkənin özəl sektorları arasında kommunikasiyanı intensivləşdirməyə çalışdıqlarını bildiriblər.