Əsas məzmuna keç

Rusiya Ukrayna ərazisinə raket zərbələri endirib, 4 nəfər ölüb, 34-ü yaralanıb - YENİLƏNİB-2

Rusiya Ukrayna ərazisinə raket zərbələri endirib, 4 nəfər ölüb, 34-ü yaralanıb - YENİLƏNİB-2

bu barədə “RBC-Ukraina” məlumat yayıb. Bildirilib ki, Novomoskovskda partlayış dalğasından mikroavtobus aşıb, nəticədə 5-i uşaq olmaqla, 24 nəfər xəsarət...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Silahlı Qüvvələrinin ərazisinə endirdiyi raket zərbələri nəticəsində 4 nəfər ölüb, 34 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “RBC-Ukraina” məlumat yayıb.

Bildirilib ki, Novomoskovskda partlayış dalğasından mikroavtobus aşıb, nəticədə 5-i uşaq olmaqla, 24 nəfər xəsarət alıb.

Xarkovda mülki obyektlərə ziyan dəyib. və Roqda xəsarət alanların olduğu bildirilir.

Rusiyanın raket hücumu ilə əlaqədar bütün Ukrayna ərazisində hava həyəcanı elan olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Bildirilib ki, Rusiya hərbçilərinin atdığı raketin Zaporojyedə yaşayış ərazisinə düşməsi nəticəsində 2 nəfər yaralanıb, Krivoy Roqda isə raketin ticarət mərkəzlərindən birinə düşərək yanğın yaranıb, ciddi xəsarət baş verib.

Rusiya Ukrayna ərazisinə raket zərbələri endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Murmansk vilayətinin “Olenya” hərbi aerodromundan qaldırılan 9 “Tu-95MS” və 4 “Tu-22M3” Ukraynanı bombalayıb.

Məlumata görə, Ukrayna səmasında Rusiyanın 11 “Tu-95MS” strateji bombardmançısı uçur. İnformasiyaya əsasən, Rusiyanın Xəzər dənizindəki bazasından Ukraynanın paytaxtı Kiyevə “Kinjal” qanadlı raketi atılıb. Məlumata görə, Krivoy Roq, Xarkov, Lvov, Ternopol, Vinnitsin, Zaporojye, istiqamətində də raketlər buraxılıb.

TASS-ın məlumatına əsasən, Rusiyanın Hava Hücumundan Müdafiə Sistemləri Belqorod vilayəti üzərində Ukraynanın quru hədəfləri vurmaq üçün nəzərdə tutulan “S-200” zenit raketini zərərsizləşdirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…