Rusiya, Türkiyə, İran, Pakistan və Çin parlamentlərinin sədrləri 2024-cü ilin əvvəlində beynəlxalq terrorizmlə mübarizə və regionlararası əməkdaşlığın inkişafı mövzusunda görüş keçirəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski bildirib.
“Biz ilin əvvəlində Rusiya, Türkiyə, İran, Pakistan və Çin parlamentlərinin prezidentləri ilə beynəlxalq terrorizmlə mübarizə və regionlararası əməkdaşlığın inkişafı ilə bağlı ənənəvi görüşümüzü keçirəcəyik”,- deyə Slutski bildirib.