Federal Hava Nəqliyyatı Agentliyi Yəmənin hava məkanından Rusiya mülki təyyarələrinin uçuşları üçün istifadəsini qadağan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Telegram"da Rusiya Federasiyasının Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat xidməti məlumat yayıb.
“Rosaviasiya bu dövlətin hava məkanından uçuşlar üçün istifadəni qadağan edib”, - deyə məlumatda bildirilir.
Nazirliyin izah etdiyi kimi, bu qərar Yaxın Şərq ölkəsində təhlükəsizlik riski yaradan təhlükəli hadisələrlə əlaqədar qəbul edilib.