Rusiya Silahlı Qüvvələri gün ərzində 49 Ukrayna pilotsuz uçuş aparatını vurub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, dronlar Luqans, Zaporojye və Xerson bölgələri üzərində vurulub.
Bundan əvvəl məlum olub ki, Rusiya hərbçiləri ötən gün ərzində Ukrayna Silahlı Qüvvələrinin Donetsk istiqamətində dörd hücumunu dəf ediblər. Nazirlikdən bildirilib ki, Ukrayna ordusu 50-yə qədər hərbçisini itirib.