Əsas məzmuna keç

Rusiya: NATO Ukrayna ilə bağlı sülh danışıqları prosesinə mane olmağa çalışır

Rusiya: NATO Ukrayna ilə bağlı sülh danışıqları prosesinə mane olmağa çalışır

bu barədə Rusiya XİN məlumat yayıb. İclasda çıxış edən Lavrov G20 toplantısının nəticələrindən razı qaldıqlarını qeyd edərək, "Qərbin G20 gündəmini...

Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısından sonra keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

İclasda çıxış edən Lavrov G20 toplantısının nəticələrindən razı qaldıqlarını qeyd edərək, "Qərbin G20 gündəmini Ukraynaya çevirmək cəhdləri uğursuzluğa düçar oldu" deyib.

Ehtiyacı olan ölkələrə dəstək verilməsinin vacibliyinə diqqət çəkən Lavrov Ukraynaya yüz milyardlarla dollarlıq dəstək verildiyini bildirib.

"Bunlar bütün dünyada, xüsusilə Afrikada həyati əhəmiyyətli inkişafa yardım proqramlarına xərclənə bilərdi", - Lavrov deyib.

"Rutte bütün alyans üzvlərinin konsensusunu əks etdirməli olan dövlət qulluqçusu kimi deyil, güclü dövlətin başçısı kimi davranır. O, NATO ölkələrinə səfər edir və Rusiyanın xeyir götürməməsi üçün danışıqlarının qarşısının alınmasını tələb edir. Bizdə olan məlumata görə, Rutte Zelenskiyə deyir ki, o, dik durmalı, zəifliyini nümayiş etdirməməlidir",- Lavrov qeyd edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…