Rusiya Fövqəladə Hallar Nazirliyi müharibə vəziyyətində olan Qəzza zolağı sakinləri üçün yeni humanitar yardım partiyası göndərib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin açıqlamasında bildirilib.
Açıqlamada, "Rusiya Fövqəladə Hallar Nazirliyinə aid xüsusi İl-76 təyyarəsi Misirin Əl Ariş hava limanına yola düşüb. 18 tonluq yük yaralılar üçün dərman və tibbi ləvazimatlardan ibarətdir".
Fələstinlilərə humanitar yardım Rusiya prezidenti Vladimir Putinin göstərişi və fövqəladə hallar naziri Aleksandr Kurenkovun göstərişi əsasında həyata keçirilib.
Bu günə qədər Rusiyadan 16 reyslə münaqişədən zərər çəkmiş bölgəyə təxminən 370 ton ərzaq, dərman, geyim və digər əsas ehtiyaclar çatdırılıb.