Rusiya Müdafiə Nazirliyi Avdeyevka istiqamətindəki Severnoye qəsəbəsinin rus ordusu tərəfindən tutulduğunu açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib.
Rusiya ordusunun Ukraynada döyüşlərini davam etdirdiyi bildirilən açıqlamada “Mərkəzi Qüvvələr Qrupunun bölmələri Avdiyivka istiqamətində Severnoye yaşayış məntəqəsini azad edərək mövqelərini gücləndiriblər", - deyə qeyd edib.
Açıqlamada hərbi əməliyyatın başladığı gündən bu yana 575 təyyarə, 267 helikopter, 13 min 523 İHA, 474 hava hücumundan müdafiə raket sistemi, 15 min 252 tank və zirehli texnika, 1226 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 8 min 176 haubitsa və Ukrayna ordusuna məxsus minaatan və 19 raket məhv edildiyi vurğulanıb.