Rusiya Misirlə ticarət dövriyyəsinin ilin sonuna qədər 7 milyard dollar təşkil edəcəyini təxmin edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiyanın Misirdəki ticarət nümayəndəsi Aleksey Tevanyan bildirib.
Misir ilə Rusiya arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə son 9 ayda 25 faizdən çox artıb. İlin sonuna qədər bu rəqəmin 7 milyard dollara yaxınlaşacağını, hətta onu da keçəcəyini gözlənilir.
Aleksey Tevanyan qeyd edib ki, Rusiya və Misirdəki bütün çətinliklərə baxmayaraq, artan ticarət dövriyyəsi ikitərəfli münasibətlərin yaxşılaşmasına və Rusiya mallarının Misir bazarına daxil olmasına ən yaxşı sübutdur.