Rusiya KİV: “Heydər Əliyevin dövründə Azərbaycanda real islahatların həyata keçirilməsinə başlanılıb”

Rusiya KİV: “Heydər Əliyevin dövründə Azərbaycanda real islahatların həyata keçirilməsinə başlanılıb”
10.05.2023 10:27
Aa
dəq

Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycanda real islahatların həyata keçirilməsinə başlanılıb, iqtisadiyyata daxil olan böyük həcmdə investisiyalar dövlətin bugünkü rifahının əsasını təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiyanın "Komsomolskaya Pravda" qəzetində dərc olunan məqalədə bildirilib.

Qeyd olunub ki, ötən əsrin 90-cı illərinin əvvəllərində məhz H.Əliyevin hakimiyyətə gəlişi ilə ölkə müstəqillik yoluna qədəm qoyaraq, münaqişədən tədricən çıxmağa başlayıb.

Məqalədə müxtəlif görkəmli siyasi və ictimai xadimlərin Ulu Öndərlə bağlı xatirələri də yer alıb.

“Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, regionda və dünyada sülhün bərqərar olması naminə göstərdiyi fədakar xidmətləri sayəsində türk və dünya tarixində layiqli yer tutur”, - qəzet Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan sitat gətirib.

Məqalədə Rusiya Prezidenti Vladimir Putinin Heydər Əliyevlə bağlı fikirləri də yer alıb: "Heydər Əliyevə hörmətim böyükdür. Mən ona təkcə böyük hörmətlə deyil, həm də məhəbbətlə yanaşmışam. O, böyük dövlət xadimi idi. Onu mübaliğəsiz siyasi nəhəng adlandırmaq olar. Heydər Əliyevin Rusiyada siyasətdən getməsi, ardınca vətənində yenidən hakimiyyətə qayıtması Azərbaycan üçün taleyüklü və xilaskar addım oldu, çünki o mürəkkəb dövrdə heç də hər kəs gənc respublikaya rəhbərlik edə və ona düzgün idarə edə bilməzdi”.

Həftənin ən çox oxunanları

MDM və investisiya şirkətləri çirkli pulların yuyulmasına qarşı birgə fəaliyyət göstərəcək

MDM və investisiya şirkətləri çirkli pulların yuyulmasına qarşı birgə fəaliyyət göstərəcək
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 3

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 3
DAVAMIN OXU davamın oxu

Dövlət başçısı: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar

Dövlət başçısı: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
DAVAMIN OXU davamın oxu

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
DAVAMIN OXU davamın oxu