Əsas məzmuna keç

Rusiya FHN: Təxliyə edilən rusiyalıların vəziyyəti ağırdır

Rusiya FHN: Təxliyə edilən rusiyalıların vəziyyəti ağırdır

bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) “Tsentrospas” dəstəsinin anestezioloq-reanimatoloqu Viktor Belinski bildirib. “Bizim təyyarənin...

Qazaxıstanda təyyarə qəzasından sonra Aktaudan təxliyə edilən vətəndaşlarının vəziyyəti ağır olaraq qiymətləndirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin () “Tsentrospas” dəstəsinin anestezioloq-reanimatoloqu Viktor Belinski bildirib.

“Bizim təyyarənin göyərtəsində bütün zərərçəkənlər var. Onların vəziyyətləri ağırdır, lakin onlar daşına bilirlər. Moskvaya uğurlu təxliyə üçün təyyarədə bütün zəruri yardım göstəriləcək”, - o bildirib.

Rusiya FHN-nin İl-76 təyyarəsi Aktaudan havaya qalxıb, təyyarə qəzasında xəsarət alan 9 rusiyalı, o cümlədən bir müalicə üçün Moskvaya çatdıracaq.

Aktaudan Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) İl-76 təyyarəsi Moskvaya istiqamət götürüb. Təyyarə xəsarət alan 9 rusiyalı, o cümlədən bir uşağı müalicə üçün Rusiyanın paytaxtına çatdıracaq.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın FHN-nin mətbuat xidməti məlumat yayıb.

“Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşlarının olduğu FHN-nin xüsusi təyyarəsi Aktau hava limanından uçub. Təyyarədə bir uşaq daxil olmaqla, doqquz nəfər var”, - məlumatda qeyd edilib.

Məlumata əsasən, Rusiyanın FHN-nin Təcili Psixoloji Yardım Mərkəzinin bazasında açılmış qaynar xəttin 24 saat fəaliyyəti davam edir. Psixoloqlar, həmçinin Çeçenistanda zərərçəkənlərin və həlak olanların ailələri ilə işləyirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…