Operativ Məlumat Mərkəzi

"Rusiya Ermənistanın KTMT-də fəal iştirakında maraqlıdır"

1 dəq
Paylaş:
"Rusiya Ermənistanın KTMT-də fəal iştirakında maraqlıdır"

"Rusiya tərəfi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işində fəal iştirakında maraqlıdır" .

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Lavrov deyib.

"Biz Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəal iştirakında maraqlıyıq", - o bildirib.

Lavrov qeyd edib ki, söhbət zamanı təhlükəsizlik sahəsində əməkdaşlıq mövzusu qaldırılıb və Rusiyanın hərbçilərlə hüquq-mühafizə orqanları, eləcə də iki ölkənin təhlükəsizlik xidmətləri arasında sıx təmaslar var:

"Biz müttəfiqik. Bu il Ermənistanda Rusiya hərbi bazasının yaradılmasının 30 illiyi tamam olur ki, bu da ölkənin təhlükəsizlik maraqlarının təmin edilməsində mühüm komponentdir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər