Əsas məzmuna keç

Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit yüklər daşınıb

Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit yüklər daşınıb

Ümumi çəkisi 193 ton olan karbamid və un məhsulları Azərbaycan dəmir yolları vasitəsilə tranzit qaydada Ermənistana çatdırılıb.

en ru

Rusiyadan Ermənistana ərazisindən istifadə edilməklə növbəti yük daşınması icra olunub. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, 126 ton karbamid (2 vaqon) və 67 ton un (1 vaqon) "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.

Yük qatarı Böyük Kəsik stansiyası vasitəsilə Gürcüstan ərazisinə, oradan isə Ermənistana çatdırılacaq. Qeyd edək ki, bu marşrutla aşağıdakı həcmdə yüklər daşınıb:

  • 28 min tondan çox taxıl;
  • 4 min tondan çox gübrə;
  • 133 ton alüminium;
  • 68 ton qarabaşaq.

Bundan başqa, Azərbaycan üzərindən Ermənistana neft məhsullarının ixracı da həyata keçirilir. İndiyədək bu istiqamətdə 10 min tondan çox dizel, 979 ton Aİ-92 və 2955 ton Aİ-95 markalı benzin nəql olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…