Operativ Məlumat Mərkəzi

Rusiya-Ermənistan ticarətinin həcmi 4,4 milyard dollara çatıb

1 dəq
Paylaş:
Rusiya-Ermənistan ticarətinin həcmi 4,4 milyard dollara çatıb
bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib. "Rusiya Ermənistanın aparıcı ticarət tərəfdaşıdır, bunu ticarət göstəriciləri də...

Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi 2023-cü ilin 9 ayında 43,5% artaraq 4,4 milyard dollara çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

"Rusiya Ermənistanın aparıcı ticarət tərəfdaşıdır, bunu ticarət göstəriciləri də təsdiqləyir. 2023-cü ilin 9 ayında biz əvvəlki ilin göstəricilərini 43,5% üstələyərək 4,4 milyard dollar həcmə çatmışıq. Ticarətimizin və kənd təsərrüfatı məhsullarının tədarükündə də yaxşı olduğumuz nəticələr əldə etmişik", - deyə Overçuk qeyd edib.

Overçuk həmçinin bildirib ki, 2023-cü ildə Ermənistan və Rusiya şirkətləri arasında hesablaşmalarda rus rublunun payı 90,3%-ə çatıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər