Rəsmi İrəvan Rusiya-Ermənistan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Viktor Krivopuskovu ölkəyə buraxmayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının telegram kanalında məlumat yayılıb.
O, avqustun 24-də səhər saatlarında “Aeroflot”a məxsus təyyarə ilə Moskvadan İrəvana uçub. Lakin “Zvartnots” hava limanında V.Krivopuskovun sərhədi keçməsinə icazə verilməyib.