Dünyanın ən güclü orduları reytinqində Rusiya ABŞ-dan sonra ikinci yeri tutub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu illik "Global Firepower Index" 2024-ün məlumatları sübut edir.
ABŞ Ordusu 0,0699 döyüş gücü indeksi alaraq reytinqə başçılıq edir. Rusiya 0,0702 xalla ikinci yerdədir. Çin 0,0706 xalla üçüncü yerdədir.
Ən güclü beş orduya Hindistan və Cənubi Koreya daxildir. Altıncı və onuncu yerləri İngiltərə, Yaponiya, Türkiyə, Pakistan və İtaliya tutub. Reytinqdə Ukrayna 18-ci, Almaniya isə 19-cu yerdə qərarlaşıb.
Reytinq müəllifləri reytinq tərtib edərkən maliyyə göstəriciləri və ölkələrin coğrafi mövqeyi də daxil olmaqla 60-dan çox amili nəzərə aldıqlarını açıqlayıblar.