Rusiya Avropa İttifaqının (Aİ) 13-cü sanksiya paketinə cavab olaraq, ölkəyə girişi qadağan edilmiş icma vətəndaşlarının siyahısını genişləndirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Buraya Kiyevə hərbi yardım göstərməkdən məsul olan icma vətəndaşları, habelə Rusiya rəsmilərinin təqibində iştirak edən və Rusiya dövlət qurumlarının müsadirə edilməsinin tərəfdarı olan şəxslər daxildir.
Bundan başqa, cavab tədbirlərinə Avropa Şurasının nümayəndələri, Avropa İttifaqı ölkələrinin qanunverici məclislərinin üzvləri, ATƏT PA və AŞPA-nın iştirakçıları daxildir.