ABŞ dövlət katibi Marko Rubionun Vaşinqtonun NATO-da qalmaq qərarı ilə bağlı bəyanatı hərbi-siyasi blok daxilində müttəfiqlər arasında yaxşı münasibətlərin təminatı deyil.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Dmitri Novikov Lenta.ru-ya açıqlama verib.
"Bu o demək deyil ki, NATO daxilində münasibətlər idealistləşəcək. Hadisələr fərqli axarda ola bilər. Həmrəylik arta bilər, lakin daha çox çətinliklər də mümkündür. NATO-nun Rusiyaya qarşı düşmənçiliyinin azalmaması da vacibdir", - o vurğulayıb.