Operativ Məlumat Mərkəzi

Rumıniya NATO-nun hərbi bazasına ev sahibliyi edəcək

1 dəq
Paylaş:
Rumıniya NATO-nun hərbi bazasına ev sahibliyi edəcək

Rumıniyada NATO-nun Avropadakı ən böyük hərbi bazalarından birinin tikintisinə başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Ölkə mətbuatının məlumatına görə, Rumıniya nəhəng hərbi baza üçün təxminən 2,7 milyard dollar büdcə ayırıb.

Layihə çərçivəsində Rumıniyanın Konstansa şəhəri yaxınlığında yerləşən 57-ci Hərbi Hava Bazası genişləndirilib və təxminən 10 min nəfərlik şəxsi heyət üçün yerləşdirilib.

Sözügedən baza hərbi təyyarələr üçün uçuş-enmə zolaqları və anqarlar kimi əsas hərbi infrastrukturlara, həmçinin məktəblər, uşaq bağçaları, mağazalar və hətta xəstəxana kimi mülki obyektlərə malik olacaq və özünü təmin edəcək və müxtəlif əməliyyat tələblərinə cavab verəcək şəkildə təchiz olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər