Əsas məzmuna keç

Rubio: Xəzər interkonnektorunu tamamlamaq ABŞ-ın marağındadır

Rubio: Xəzər interkonnektorunu tamamlamaq ABŞ-ın marağındadır

ABŞ interkonnektorunu tamamlamağın ABŞ və müttəfiqlərin maraqlarına uyğun olduğunu təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Dövlət katibi Senatın Xarici Əlaqələr Komitəsi qarşısında ifadə verib.

Senator Stiv Deyns Türkmənistanın Azərbaycana, daha sonra Avropadakı interkonnektora qoşulması üçün 20 mil uzunluğunda qaz kəmərinin kifayət etdiyini deyib. O, bu interkonnektoru tamamlamağın ABŞ-ın marağında olub-olmadığını Marko Rubiodan soruşub.

“Düşünürəm ki, bəli. Mən bu 20 mil ilə bağlı mütəxəssis deyiləm, amma şübhəsiz ki, sizin arqumentinizdən, irəli sürdüyünüz yoldan bunun dünyada böyük əhəmiyyət kəsb etdiyini görə bilirəm”, - deyə katibi cavabında bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…