ABŞ Dövlət Katibi Marko Rubio bu gün Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Nazirlər kritik mineralların kəşfiyyatı, istehsalı və emalı sahəsində ikitərəfli əməkdaşlığın rəsmiləşdirilməsini müzakirə ediblər.
Onlar ABŞ Prezidenti Donald Tramp və Baş nazir Modi arasında əldə edilən ticarət razılaşmasını alqışlayıblar.
Hər iki lider ölkələrin yeni iqtisadi imkanları araşdırmaq və ortaq enerji təhlükəsizliyi məqsədlərini irəli aparmaq üçün birgə işləməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modi ilə ABŞ-nin Hindistandan idxal edilən mallara tətbiq olunan rüsumları 25%-dən 18%-ə endirəcəyi barədə razılığa gəldiyini açıqlamışdı.