Operativ Məlumat Mərkəzi

Ruben Vardanyan saxlanılaraq Bakıya gətirilib

1 dəq
Paylaş:
Ruben Vardanyan saxlanılaraq Bakıya gətirilib
{"az":"Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə...","en":"","ru":""}

Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

O, DSX-nin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.

Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər