Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiya İrana 325 ton humanitar yardım çatdırdı

2 dəq
Paylaş:
Rusiya İrana 325 ton humanitar yardım çatdırdı

İran Qızıl Aypara Cəmiyyəti rəhbəri Pir Hüseyn Kulivand bildirib ki, İslam Respublikası ilə ABŞ və İsrail arasında baş verən hərbi gərginlik fonunda İrana genişmiqyaslı göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Kulivandın sözlərinə görə, Rusiya tərəfindən Moskvadakı səfirliklə koordinasiyada quru yolu vasitəsilə 325 tondan çox dərman və ləvazimat İrana çatdırılıb və dərhal xəstəxanalara paylanıb.

O, həmçinin digər ölkələrin də yardımlarını qeyd edib. Bildirilib ki, və İraq da humanitar göstərən ölkələr sırasındadır. Türkiyə vətəndaşlarından birinin 40 min dollarlıq ianəsi hesabına təcili yardım mərkəzləri üçün 50 generator alınıb, iraqlı bir qadın isə şəxsi zinət əşyalarını İrana bağışlayıb.

Məlumatda qeyd olunur ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı başladığı hərbi əməliyyatlardan sonra regionda gərginlik artıb. İran tərəfinin iddiasına görə, 40 gün ərzində baş verən hücumlarda 3375 nəfər həyatını itirib.

ABŞ Prezidenti Donald Tramp 7 apreldə iki həftəlik atəşkəs elan etsə də, sonrakı danışıqlar nəticəsiz qalıb. İran və ABŞ nümayəndə heyətlərinin İslamabadda apardığı görüşlərdə uzunmüddətli razılaşma əldə olunmayıb.

Tehran isə Vaşinqtonun birtərəfli qərarlarını qəbul etmədiyini bildirərək, öz milli maraqlarına uyğun hərəkət edəcəyini açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax