Operativ Məlumat Mərkəzi

Robotlar insanlarla eyni yarışda qaçırdı

1 dəq
Paylaş:
Robotlar insanlarla eyni yarışda qaçırdı
insanabənzər ikiayaqlı robotlar ilk dəfə insanların iştirak etdiyi rəsmi yarımmarafonda yarışıblar.  Texnologiyaya baxmayaraq, robotlar rəqiblərindən...

Çində maraqlı tarixi hadisə baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, insanabənzər ikiayaqlı robotlar ilk dəfə insanların iştirak etdiyi rəsmi yarımmarafonda yarışıblar.

Texnologiyaya baxmayaraq, robotlar rəqiblərindən geridə qalıblar.

Yarım marafon Pekinin cənub-şərqindəki Yizhuang bölgəsində baş tutub.

Bu ərazi paytaxtın əsas texnologiya şirkətlərinin məskənidir. Robotlar təxminən 12 min insanın olduğu 21 kilometrlik tras boyunca qaçıblar. Onlar robotlar üçün xüsusi olaraq ayrılmış zolaqlarda hərəkət ediblər.

İnsanlar su fasiləsi verdiyi kimi, robotlara da batareyaları dəyişmək hüququ verilib. Bununla belə, ehtiyat robotun hər istifadəsi yarış müddətində 10 dəqiqəlik cəza kimi əks olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər