Operativ Məlumat Mərkəzi

Levandovski "el klasiko"nu buraxacaq

1 dəq
Paylaş:
Levandovski "el klasiko"nu buraxacaq
35 yaşlı hücumçunun əzələsində problem aşkarlanıb. Polşalı forvard martın 2-də səfərdə "Real Madrid"ə qarşı keçirəcəkləri İspaniya Kubokunun ilk...

"Barselona"nın futbolçusu Robert Levandovski zədələnib.

"Operativ Məlumat Mərkəzi-OMM" Kataloniya təmsilçisinin rəsmi "twitter" hesabına istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun əzələsində problem aşkarlanıb.

Polşalı forvard martın 2-də səfərdə "Real Madrid"ə qarşı keçirəcəkləri İspaniya Kubokunun ilk yarımfinal oyununu buraxacaq.

Levandovskinin martın 19-da La Liqanın XXVI turunda məhz "kral klubu" ilə görüşdə sıraya dönəcəyi gözlənilir.

Komandalar arasındakı cavab matçı aprelin 5-də olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər