Operativ Məlumat Mərkəzi

“El Klasiko”: “Barselona” “Real Madrid”ə qarşı

1 dəq
Paylaş:
“El Klasiko”: “Barselona” “Real Madrid”ə qarşı
{"az":"həlledici qarşılaşmada “Barselona” və “Real Madrid” komandaları üz-üzə gələcəklər.Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdulla Sports Siti”...","en":"","ru":""}

Bu gün futbol üzrə İspaniya Superkubokunda final oyunu keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, həlledici qarşılaşmada “Barselona” və “Real Madrid” komandaları üz-üzə gələcəklər.

Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdulla Sports Siti” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Kataloniya təmsilçisinin heyətində Ronald Arauxo, Andreas Kristensen və Qavi zədə səbəbindən matçı buraxacaqlar. Madrid klubunda isə Eder Militaonun oynamayacağı dəqiqdir. Trent Aleksander-Arnold və Antonio Rüdigerin isə meydana çıxıb-çıxmayacağı sual altındadır.

Qeyd edək ki, yarımfinalda “Barselona” “Atletik”i, “Real Madrid” isə “Atletiko”nu mübarizədən kənarlaşdırıb.


Bu xəbəri paylaş

Oxşar xəbərlər