Ermənistanın keçmiş prezidenti Robert Köçəryan müalicə üçün Almaniyaya gedib.
"Operativ Məlumat Mərkəzi-OMM" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onun səhhətində problemlər yaranıb.
R.Köçəryanın Almaniyada müalicə olunacağı bildirilib.
Sabiq dövlət başçısının hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanmayıb. Amma onun xəstəliyinin ciddi olmadığı bildirilib.