Slovakiyanın Baş naziri Robert Fiko cümə axşamı keçiriləcək Avropa Şurasının iclasında Rusiya ilə Ukrayna arasında birbaşa əlaqə xəttinin yaradılmasını təklif etmək niyyətindədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı TASR xəbər agentliyi məlumat yayıb.
Slovakiya Baş nazirinin sözlərinə görə, Aİ Ukraynadakı sülh danışıqlarında həlledici rol oynaya bilmir.
"Avropa İttifaqı Ukraynada sülh danışıqlarında həlledici rol oynaya bilmir", - o vurğulayıb.