Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiya Ukraynanın enerji infrastrukturunu vurdu: Sülh danışıqları ərəfəsində gərginlik

2 dəq
Paylaş:
Rusiya Ukraynanın enerji infrastrukturunu vurdu: Sülh danışıqları ərəfəsində gərginlik

hərbi qüvvələri çərşənbə axşamı səhər saatlarında Ukraynanın paytaxtı Kiyev, ölkənin ikinci böyük şəhəri Xarkov və digər yaşayış məntəqələrinə yenidən kütləvi zərbələr endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, nəticəsində enerji infrastrukturuna ciddi ziyan dəyib, bir neçə ərazidə yanğınlar baş verib və ən azı dörd nəfər yaralanıb.

Paytaxt Kiyevdə havanın temperaturunun mənfi 20 dərəcəyə düşdüyü bir vaxtda həm raketlər, həm də dronlarla həyata keçirilən hücumlar beş rayonda dağıntılara səbəb olub.

Şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, zərbələr nəticəsində üç yaşayış binası və bir uşaq bağçası zərər görüb. Yanvarın 1-dən bəri davam edən intensiv hücumlar səbəbindən yüzlərlə binanın istilik və elektrik təminatında hələ də ciddi problemlər qalmaqdadır.

Xarkov şəhərinin meri İqor Terexov bildirib ki, hücumların əsas hədəfi enerji obyektləridir.

O, şiddətli soyuqlarda istilik sistemlərinin donmaması üçün təcili tədbirlərin görüldüyünü qeyd edib. Məlumata görə, bir istilik elektrik stansiyasından qidalanan 820 yaşayış binasında sistemin sıradan çıxmaması üçün suyun boşaldılmasına ehtiyac yaranıb.

Bu hücumlar fevralın 4-5-də Abu-Dabidə keçirilməsi planlaşdırılan -Rusiya-ABŞ üçtərəfli danışıqları ərəfəsinə təsadüf edir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın xahişi ilə enerji infrastrukturuna zərbələrin dayandırılması barədə moratorium müzakirə olunurdu. Lakin tərəflər atəşkəsin müddəti ilə bağlı razılığa gələ bilməyiblər.

Volodimir son 24 saat ərzində raket zərbələrinin olmadığını desə də, cəbhə xəttinə yaxın ərazilərdə enerji obyektlərinin mütəmadi olaraq artilleriya atəşinə tutulduğunu vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax