ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası Qrenlandiyanın hərbi yolla ələ keçirilməsi imkanlarını nəzərdən keçirməyə davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Ukrayna münaqişəsi bitir?
Məlumata görə, ötən ilin dekabrında adanın paytaxtı Nuuk şəhərində ABŞ, Danimarka və Qrenlandiya nümayəndələri arasında keçirilən görüş müsbət atmosferdə baş tutub.
Mənbələr vurğulayır ki, həmin danışıqlar zamanı maliyyə və ya hərbi ilhaq məsələsi gündəmə gəlməyib. Lakin cəmi iki həftə sonra Vaşinqtonun ritorikası kəskin şəkildə dəyişib.
Qeyd edək ki, Donald Tramp dekabrın 21-də Ceff Lendrini Qrenlandiya üzrə yeni xüsusi elçisi təyin edib. Lendri sosial şəbəkə hesablarında adanı ABŞ-nin bir hissəsi edəcəyinə dair paylaşımlar edib. Daha sonra isə ABŞ lideri və administrasiya rəsmiləri müsahibələrində Qrenlandiyanın hərbi əməliyyatla ələ keçirilməsi ehtimalını dəfələrlə gündəmə gətiriblər. Qeyd olunur ki, Vaşinqton əvvəllər bu cür planları heç vaxt ciddi şəkildə nəzərdən keçirməyib.
Buna baxmayaraq, yanvarın 21-də "NATO"-nun Baş katibi Mark Rutte ilə aparılan danışıqlardan sonra Qrenlandiya ilə bağlı yeni razılaşmanın konturları bəlli olub.
Xatırladaq ki, Qrenlandiya Danimarkanın tərkibində muxtar ərazidir. 1951-ci il müqaviləsinə əsasən, ABŞ adanı mümkün təcavüzlərdən qorumaq öhdəliyini üzərinə götürüb.