Fransa millisi Millətlər Liqasının IV turunda “Stad de Frans” stadionunda Belçika ilə qarşılaşıb. Fransa yığmasının qapısını “Tuluza”nın qapıçısı Giyom Rest qoruyub. Bu oyun onun milli komandada debütü olub.
Fransa mətbuatının məlumatına görə, 21 yaş 208 günlük Rest son 53 ildə Fransa millisində meydana çıxan ən gənc qapıçı olub.
Bu göstəricidə əvvəlki rekord 1973-cü il noyabrın 21-də Danimarka ilə matçda start heyətində yer alan Jan-Pol Bertran-Demanın adına idi. Həmin vaxt qapıçının 21 yaş 182 günü vardı. Fransa həmin görüşdə 3:0 hesabı ilə qalib gəlib.
Fransa və Belçika arasında qarşılaşmanın 35-ci dəqiqəsində Dodi Lukebakio Restin qoruduğu qapıya qol vurub. Məlumat yayılan vaxt hesab 0:1 olub. Oyunun yekun nəticəsi açıqlanmayıb.